14:09 19.11.2021 869

"Futbol təsərrüfatının idarəetməsi artıq yeni formada qurulmalıdır" - Fazil Mustafa

AFFA rəhbərliyi millinin baş məşqçi postuna namizəd axtarışındadır. Bir neçə türk mütəxəssisin adı səsləndirildikdən sonra indi də yerlilərin namizədliyi hallandırılır. Son olaraq, seçimin Tərlan Əhmədovun üzərində ediləcəyi variantı səsləndirilir.

Hərçənd, özünü klub səviyyəsində doğruldan Qurban Qurbanov-Rəşad Sadıqov tandeminə əsas və U-21 millisində uzun müddət güvənilmədiyi halda, digər yerli məşqçilərin zəmanəti nə olacaq? İllərdir məşqçilər "əlcək kimi dəyişdirilirsə" və nəticə yoxdursa, bəlkə problem idarəçiliklə bağlıdır?! 

Bu sualla bağlı Milli Məclisin deputatı Fazil Mustafaya müraciət etdik. Futbolla yaxından maraqlanan millət vəkili durumu geniş şərh etdi: 

"Problem ümumiyyətlə strukturla bağlıdır" 

"Futbol təsərrüfatının idarəetməsi artıq yeni formada qurulmalıdır. Çünki, problem ümumiyyətlə, strukturla bağlıdır. Ölkədə özəl sektor olmadığına və ya zəif olduğuna, ya da qorxudulduğuna görə futbol təsərrüfatına giriş edə bilmirlər. Futbol təsərrüfatı əsasən bir mənbədən maliyyələşirsə, belədə sağlam rəqabət və sağlam təyinat olmur.

Klublarda da sağlam təyinat görmürük. Çünki maliyyəni kim verirsə, təyinatı da o verir. Ölkədə heç olmasa, 50 iş adamı olmalıdır ki, onlardan üçü, beşi klublara maraq göstərsin, pul qoysun, futbolun inkişafına kömək olsun. Elə ortam olmalıdır ki, iş adamı daimi gəlir əldə etsin. Gəlir əldə etməlidir ki, fəaliyyətini davam etdirməyə marağı artsın. Ancaq hazırda bu yoxdur. Belədə süni şəkildə "varmış" kimi göstərməklə, dövlət orqanlarını alət etməklə düzəlməyəcək".

"Bunu yalnız Qurban Qurbanov bacarıb"

"Təkcə futbolda belə deyil. Baxın, iş adamı yoxdur - voleybol yoxdur. İş adamı yoxdur, basketbol yoxdur. Eləcə də digər idman növləri. Futbol yenə SOCAR-ın himayəsindədir, az-çox yaşayır. Qalan sahələrimiz də bərbad vəziyyətdədir axı. Səbəb özəl sektorun idmana yaxın buraxılmamasıdır. Əvvəl yenə Rusiyada, Türkiyədə olan bir-iki nəfər gəlib futbola pul yatırırdı. Hamısının evini yıxdılar, onlar da qaçıb getdi. Problem bundadır. Yoxsa yüz məşqçi gətir, heç nə dəyişən deyil. Klub komandalarımız yoxdur, millinin baş məşqçilərinin alternativ seçim imkanı məhdurdur. 80 milyonluq Türkiyənin yüzlərlə klubu var, oyunçu seçə bilmir. Bizim 8 klubdan - hansı ki heyətinin yarıdan çoxu əcnəbilərdən təşkil olunub - bunu etməyimiz real deyil. Say nisbidir, 40-45 futbolçu ilə sistem yarada bilib-bilməmək məsələsi də var. Yenə Türkiyəni nümunə göstərim, illərdi milli komandada sistem qura bilmirlər. İndi alman Kuntz gəlib, hələki o da bacarmır. Bizdə yalnız Qurban Qurbanov "Qarabağ"da bunu bacarıb. Ona klubda sərbəstlik, vaxt verildi, o da bunu həyata keçirdi. Təbii ki, rəhbərlik maliyyə də ayırdı, indi "Qarabağ" Avropada qazandığı nəticələr hesabına maddi gəlir də əldə edir, özü-özünü dolandırır". 

"Bizdə uşaq futbolu imitasiyadır, uşaq futbolu yoxdur ki"

Bizdə futbolun bünövrəsi düzgün qurulmayıb. Bizdə uşaq futbolu imitasiyadır, uşaq futbolu yoxdur ki. Bu boyda binalar tikilir, içində bir dənə məşq meydançası yox. Harda boş ərazi olur, görməmiş kimi, bir göydələn, bir biznes mərkəzi tikirsənsə, idman necə inkişaf edə bilər? Futbolu, idmanı düşünən yoxdur. Bir sözlə, bizim idman strategiyamız səhvdir. Gedişat göstərir ki, yaxın gələcəkdə irəliləyiş olmayacaq. 

"Gedib araşdırsınlar ki, niyə iş adamları restorana pul qoyduğu halda, futbola, idmana yaxın gəlmir?"

"İndiki məqamda əcnəbi və ya yerli mütəxəssis təyinatı prinsipial deyil. Əslində, Canni De Byazinin postunda qalmasının avantajları və dez-avantajları var. Xarici məşqçini yaxşı "tərcümə" etmək lazımdır. "Tərcümə" ifadəsini rəmzi mənada işlədirəm, ondan yararlanmaq mənasında nəzərdə tuturam. Yaxşı "tərcümə" olunursa, işinə can yandırır, əks halda, vaxtını öldürür. Tutaq ki, vicdanlı əcnəbi mütəxəssis tapıldı və islahat aparılmasını istədi. O islahat necə aparılacaq? Bir SOCAR var, bütün idmanın yükü onun çiynindədir. Neft şirkəti neçə klubu maliyyələşdirsin? Neçəsinə pul versin? Bununla futbol inkişaf etməz ki. Hələ onu demirəm ki, həmin pul da təyinatı üzrə istifadə olunmur. Dostunu, tanışını, yaxınını, sevgilisini başına yığıb, futbola ayrılan həmin pullar hesabına onlara iş imkanı yaradan qeyri-peşəkarlar var. Amma yenə deyirəm, bütün bunlar epizodlardır, problem strukturla, idarəçiliklə bağlıdır. Gedib araşdırsınlar ki, niyə iş adamları restorana pul qoyduğu halda, futbola, idmana yaxın gəlmir?"

Mirağa Mirzəyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X