Azərbaycan Premyer Liqasında 11-ci turunda "Neftçi" doğma meydanda "Sabah"la üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. Günün digər oyununda "Səbail"i 3:1 hesabı ilə məğlub edən "Zirə" "Neftçi"ni keçərəcək turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Fanat.Az-ın stadiona ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, "Neftçi" - "Sabah" görüşündə qalmaqal yaşanıb.
Yenilgini həzm edə bilməyən "Neftçi" azarkeşləri matç başa çatdıqdan sonra "İstefa" şüarları səsləndiriblər.
Onlar həmçinin Mirabdulla Abbasov meydanı tərk edən zamanı futbolçunu fitə basıblar. Bu vəziyyət Mirabdullanı özündən çıxarıb. O da öz növbəsində azarkeşlərə əl jestləri ilə cavab verib.
Hətta meydana daxil olan azarkeşlə Abbasovun mübahisə yaşanacaqdı. Lakin futbolçular və hakimlərin müdaxiləsi ilə ara sakitləşdirilib.