09:00 21.11.2021 1004

"Neftçi" - "Sabah" oyununda nələr yaşandı - OYUNDANKƏNAR

Ardıcıl üçüncü məğlubiyyətini alan "Neftçi"nin" yarasına" "Sabah" daha çox "duz basdı". Masazırlılar tarixində ilk dəfə "ağ-qaralar" üzərində qələbə sevinci yaşadı.

Bu məqam meydan sahibi azarkeşlərini xüsusilə qıcıqlandırdı. Beləliklə, yetərincə gərgin keçən oyunda diqqət çəkən məqamları təqdim edirik. 

* Son turlarda "Neftçi"nin oyunlarına azarkeş marağı azalıb. VIII turda "Zirə" ilə ev oyununa cəmi 600 azarkeş gəlmişdisə, bu dəfə də matçın protokolunda eyni sayda tamaşaçı göstərilmişdi. Hərçənd, bu dəfə azarkeşlərin sayı daha az olardı. 

* Ötən turda olduğu kimi, Samir Abasov cəza səbəbindən oyunu tribunadan izləyirdi. O, növbəti turdan texniki zonada yer ala biləcək. Qeyd edək ki, "Qarabağ"la oyunda azarkeşləri təhqir edən Abasov İntizam Komitəsi tərəfindən 3-ü şərti olmaqla, 5 oyunluq cəzalandırılmışdı. 

* Qarşılaşma təxminən 5 dəqiqə gec başladı. 

* "Neftçi"nin hesabda geri düşdüyü epizoda möhkəm əsəbləşən Voyislav Stankoviç texniki zonaya yaxınlaşaraq əlcəklərini çıxarıb əsəbi şəkildə yerə çırpdı. Serbiyalı komanda yoldaşlarına etiraz edirdi. 

* 79-cu dəqiqədə künc bayrağının yanında gedən sərt mübarizədən yayınmaq istəyən yan xətt hakimi Cəmil Quliyev müvazinətini saxlaya bilməyib yıxıldı. Ancaq heç nə olmamış kimi, ayağa qalxıb epizoda reaksiya verdi. 

* Son dəqiqələrdə "Neftçi" azarkeşləri öz oyunçuları Mirabdulla Abbasovu fitə basdı. Futbolçu isə buna əl-qol hərəkətləri ilə qarşılıq verdi. Nəticədə gərginlik daha da artdı. Hiss olunurdu ki, futbolçu haqq-hesab çürütmək üçün oyunun başa çatmağını gözləyir. Belə də oldu: hakimin final fiti səslənən kimi o, tribunaya tərəf hücum çəkdi. Ancaq komanda yoldaşları və "Sabah"ın futbolçuları çətinliklə də olsa, onun qarşısını aldılar. Bu zaman azarkeşlərdən biri polislərdən yayınıb meydana daxil oldu və futbolçuların əhatəsində olan Mirabdullanı vurmaq istədi. Ancaq asayiş keşikçiləri özlərini çatdırıb azarkeşi meydandan kənarlaşdırdılar. 

Sakitləşmək bilməyən "Neftçi" azarkeşlərinin "İstefa", "oyun satanın... " şüarları bütün stadionu bürümüşdü. 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

Facebookdan bizi izləməyi unutmayın.
X