Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son oyunu Qəbələdə baş tutub.
"Qəbələ" "Sumqayıt"ı qonağa çəkib. İlk yarısı qolsuz başa çatan görüşdə bütün hadisələr fasilədən sonra cərəyan edib. İkinci hissənin ortalarında qısa müddətdə 2 qol vuran meydan sahibləri hesabda üstünlüyə yiyələnib. "Sumqayıt" son dəqiqələrdə fərqi minimuma endirsə də, Vurğun Hüseynovun qırmızı vərəqə alması məğlubiyyətdən xilas olmaq şansını heçə endirib.
Beləliklə, "Qəbələ" minimal hesablı qələbə sayəsində xallarını 21-ə çatdıraraq 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" evdə "Keşlə"yə minimal hesabla qalib gəlib - 1:0. Ötən gün oynanılmış qarşılaşmalarda isə "Zirə" doğma meydanda "Səbail"i 3:1, "Sabah" isə səfərdə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib.
Azərbaycan Premyer Liqası
XI tur
21 noyabr
“Qəbələ” – “Sumqayıt” 2:1
Qollar: Ülvi İsgəndərov, 65, Rafael Utziq, 67 - Höccət Haqverdi, 80
Qırmızı vərəqə: Vurğun Hüseynov, 84 (Sumqayıt)
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 18. Süleyman Əhmədov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 30. Nəbi Məmmədov, 2. Dmitro Nağıyev, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 27. Nihad Ağayev, 98. Emil Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu