21:06 27.11.2021 1192

"Mbodjun barmağı sınıb və xəstəxanaya gedib" - Samir Abasov

"Kiminsə üstünə günah atmaq fikrimiz yoxdur. Çox oyunçularla yaxınlığınız var. Aramızda olan münasibətləri də soruşa bilərsiniz. Mən bəhanə tapıb bəraət qazanmaq istəmirəm. Cavan futbolçularımız var. Onlar da belə oyunlarda səhv edəcəklər. Mən də vaxtı ilə belə səhvlər etmişəm".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis futbolçulara ondan başqa heç kimin söz deməməsini istəyib: "Vüsal bu gün qol vurub. Sevincliyik. Onun etmədiyi şeyləri də deməliyik. Əsas odur ki, oyunçu nəticə çıxartsın. Bu gün baş məşqçiyə təzyiq var və onu söyürlər".

Abasov Mamadu Mbodjun oyunu haqqında danışıb: "Futbolçunun Kamran Ağayevlə məsələsindən xəbərim yoxdur. Mbodjun özünün iki barmağı sınıb və xəstəxanaya gedib. "Keşlə"yə uduzanda Mbodj oynamırdı, amma uduzduq. Ona görə məğlub oluruq deyə bilmərəm. Yer göy dağılsın, mən kimi lazım bilsəm, onu da oynadacağam. Güya mən postumdan getsəm, nə olacaq? Göndərmələri normal bir şeydir. Niyə Samir getməlidir? Getsə, hər şey düzələcəkmi? Bu şayələri çıxaranlar var. Bundan heç vaxt narahat olmamışam, siz də narahat olmayın".

Baş məşqçi ötən mövsüm çempionluqlarının təsadüf olmadığını sözlərinə əlavə edib: "Heç vaxt bununla razı olmaram. Rəqiblərin zəif olması mənim problemim deyil. Mən həmin vaxt güclü idim. Kiminsə hansı oyunda zəif oynaması da mənim problemim deyil, həmin matçda güclü oynamışdıq. Hər şey yaxşı olacaq. Mənim haqqımda yazan rəhbər şəxs klubda qalmağımı daha çox istəyən və mənə dəstək olan adamdır. Sağ olsun. Hazırda vəziyyət elədir ki, nöqtə transfer etməlisən.

Ötən mövsümkü çıxışına görə, hamı Sezar Meza Kolli və Xəyal Nəcəfovu komandaya götürərdi. Onların zəif oynaması o demək deyil ki, üstlərindən xətt çəkilib. Durumdan özləri çıxa bilərlər. Anlayışla yanaşmağınızı istəyirəm. Bəzən deyillər ki, kimsə niyə oynamır. Amma digər komandalar haqqında danışmırlar.

Futbolçulara bizdən də çox pul verən klublar var, amma adlarını çəkmirlər. Vüsal Əsgərov Mamadu Kanenin mövqeyində baş çıxarda bilməz. İrəli xəttdə istədiyini bəlkə də edə bilər. Hər oyunçuya vaxt lazımdır". (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X