19:25 28.11.2021 530

Ayxan Abbasov ağır məğlubiyyəti belə dəyərləndirdi

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Son zamanlar yaxşı formada olan iddialı komandaya qarşı oynayacağımızı bilirdik. Biz isə itkilərlə meydana çıxmışdıq. Kombinasiyalarımızı sona çatdıra bilmədik. Belə vəziyyətlərdə də futbolçular ruhdan düşsə, hər şey bitmiş olar. Bu oyun futbolçularımızın bunu dərk etdiklərini göstərdi. Heç nədən gileylənmirəm. Baş məşqçi hər durumdan çıxmalıdır, biz də çıxacağımıza inanırıq.
 
Hər zaman səmimiliyi, düzgünlüyü sevmişəm. Heç nədən çəkinmədən sözümü demişəm. Bura böyük ümidlərlə gəlmişəm, yenə ümidliyəm. Bura gələndə elə fikirlər formalaşmışdı ki, "Sumqayıt" legioner almasa, avrokuboklara vəsiqə qazana bilməz. 6 oyunluq məğlubiyyət seriyasına rəğmən, ruhdan düşmədik, ardıcıl iki mövsüm avrokuboklara yüksəldik. Heyətimizi xeyli futbolçu tərk etsə də, cəmi 2 futbolçu transfer etdik. Həmin heyətlə bürünc medal qazandıq. Getmək barədə onu demək istəyirəm ki, yuxarı pillədə qalmaq üçün əlimizdən gələni etmişik. Amma güclənmək lazımdır. Konfrans Liqasında çıxış edəndə yeni futbolçu gətirməkdə çətinlik çəkirdik, öz oyunçularımıza isə dəvətlər var idi. Çempionata çox yaxşı başlamışdıq. Amma 2 turdan sonra milli komandalara dəvətlər gəldi, 10 futbolçu bizimlə olmadı. Millinin bütün məğlubiyyətlərində "Sumqayıt" gündəmə gəlirdi. Hazırda müqaviləm var, getmək fikrim yoxdur. Rəhbərlik nə vaxt işimdən narazı olduğunu desə, getməkdə problem yoxdur. Bu gün təslim olmaq istəmirəm, amma gələcək üçün güclənmək istəyiriksə, hansısa addımlar atmalıyıq. Bu yöndə işimiz davam edəcək. İkinci hissədə komandamın çıxışı mənə inam verdi".
 
Abbasovun fikrincə, Murad Xaçayev və Elvin Bədəlovun uzunmüddətli zədələri, cəzalıların olması çıxışlarına təsirsiz ötüşməyib. O, hələ rəhbərliklə görüşlərinin olmadığını, amma yaxın vaxtlarda oturub danışacaqlarını söyləyib: "Hələ heç nə bitməyib. Qarşıdan kubok oyunları və qış fasiləsi gəlir. Güclənməyimizə ehtiyac var. Beşli müdafiə sistemini bir neçə klubumuz oynayır. Hər bir baş məşqçi bu sistemdən öz komandasına uyğun yararlanır. Belə taktika ilə iki dəfə avrokuboklara yüksəlmişik. Gələcəkdə cinah müdafiəçilərimiz yaxşı oynasalar, 4 müdafiəçili sistemə keçə bilərik".
 
Mütəxəssis gənc futbolçulara yetərincə şans verdiklərini, onların oynadıqca artırmalarının gərəkliyini dilə gətirib: "Bu gün bir çox bəhanələr gətirə bilərik. Rüfət və Səbuhi Abdullazadələrdən çox şey gözləyirik. Süleyman Əliyevi də bu siyahıya əlavə edə bilərəm. Heç bir baş məşqçi özünün düşməni deyil. Məsuliyyət həmin gənc futbolçuların üzərinə düşür. Sabah gənc futbolçu limiti götürülsə, rəqabətə davam gətirməlidirlər. Ona görə də indidən artırmalıdırlar".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X