"Qarabağ"ın və millinin müdafiəçisi Bədavi Hüseynov gələn ay kollektiv məşqlərə başlayacaq.
Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
Klub rəsmisi arxa xətt oyunçusunun artıq hazırlıqlara start verdiyini bildirib:
"Bədavi hazırda xüsusi proqram əsasında fərdi məşq edir. Gələn ay komandayla birgə Antalyaya yollanacaq və kollektiv məşqlərə qoşulacaq. Böyük ehtimalla, Türkiyədəki yoxlama oyunlarında meydana çıxacaq".
Nihat