10:50 18.12.2021 683

Klublar transfer dönəmindən necə yararlanmalıdır - Səbuhi Səfiyarlı şərh edir

Artıq mövsümün ilk yarısı geridə qaldı. Komandalar yeni ilin əvvəlinə kimi istirahətə yollansalar da, rəhbərlik və məşqçi heyəti üçün bunu demək olmur. Sözsüz ki, Premyer Liqa klubları hazırda əl-qolunu çırmalayıb qış hazırlığı, heyəti gücləndirmək, transfer planları istiqamətində çalışır. Bəs kimin nə qədər güclənməyə ehtiyacı var, "axsadığı" mövqelər hansılardır?

Fanat.Az
təcrübəli menecerlərdən olan Səbuhi Səfiyarlının bu yöndə fikirlərini öyrənib.     

"Qarabağ"

Əslində, Qurban Qurbanov "Zirə" ilə oyundan sonra qış planları ilə bağlı ipucu verib. Deyib ki, hücumameylli bir oyunçu almaq istəyirik. Çox güman, ümumi termin kimi işlətdiyi "hücumameylli" deyəndə sırf forvad nəzərdə tutur. Komandanın oyununu bəyənsək də, bəlli olur ki, təcrübəli mütəxəssis hücum planında daha da yaxşı işlər görmək istəyir. Yaradılan epizodları qola çevirə bilən hücumçuya ehtiyacları var. İbrahima Vadjidən daha keyfiyyətli hücumçu alacaqlar. və qapıçı transferlərini nəzərdə tutur, amma ad açıqlamaq istəmir. Bundan başqa, daha bir mövqeyə transfer etmək istədiklərini bildirib. Ancaq konkret mövqe göstərməyib. Fikrimcə, o, qapıçı alınmasını nəzərdə tutur. 

"Qəbələ"

Çempionatın sürpriz komandası olan "Qəbələ" yaydakı transferləri ilə diqqət çəkmişdi. Demək olar ki, gələn legionerlərin heç biri ehtiyyatda qalmır. Hamısı da komandanın əsas vuran gücüdür. Hər biri öz mövqeyində çempionatın ən yaxşı oyunçularındandır. "Qəbələ"nin maddi imkanı istədiyi oyunçuları cəlb etməyə yol vermir. Yenə də hesab edirəm ki, komanda bir nəfər hücumameylli oyunçu ilə güclənə bilər. Həmin mövqedə Rafael Utziqi oynadırlar, amma o, mərkəz hücumçusu deyil və buna görə də onun əziyyət çəkdiyinin şahidi oluruq. Yenə də deyirəm ki, komandanın fasilədə bir hücumçu götürəcəyini düşünürəm.

"Neftçi"

"Qəbələ" haqda sözləri "Neftçi" üçün də demək olmur. "Neftçi"nin hədsiz çox legioneri var və heç də hamısı ilk "11-lik"də oynaya bilmir. Çünki legioner limiti var. Komandanın çatışmayan cəhətlərindən biri də odur ki, yerli futbolçuları tələblərə cavab vermir. Çempion olmaq istəyən komanda daha güclü yerli futbolçulara üstünlük verməlidir. Çempion olan komandanın oyunçularının əksəriyyəti yığmada oynamalıdır. "Neftçi"də isə cəmi bir nəfər yığma üzvü var.

Yerli oyunçu da elə mövqeyə alınmalıdır ki, orada aparıcı legioner olmasın. Məsələn, sən Buqrinin yerinə yerli futbolçu gətirsən, onun kimi oynaya bilməyəcək. Komandanı kimlər tərk edəcək, hələ bunu da bilmirik. "Neftçi"də keyfiyyətli legionerlər var, amma baş məşqçi limitə görə hamısını oynada bilmir. Xəyal Nəcəfov ikinci hücumçu kimi oynayır. Samir Abbasov gənc oyunçuları oynatmağa məcburdur. "Neftçi" nəyi götürə biləcəksə, onu götürəcək. Komandanı hansı legioner tərk etsə, onu yerinə yerli futbolçu lazım olacaq. "Neftçi"nin maliyyə imkanları da yaxşıdır. 

"Zirə"

Rəşad Sadıqov açıqlamasında bildirib ki, mərkəz müdafiəçisi Nemanya Andelkoviç zədələndiyi üçün onun yerinə bir oyunçu alacaqlar. Çox güman, mərkəz yarımmüdafiəçisi də transfer edəcəklər. Çünki "Qarabağ"la oyunda da göründü ki, ortada təcrübəli, bacarıqlı, keyfiyyətli oyunçuya ehtiyac var. Yarımmüdafiənin mərkəzində legioner oyunçuları yoxdur. Hacıağa hacılı, İlkin Muradov və Coşqun Diniyev həmin effekti vermir. Sadıqova oyunu aparan, onun gedişini müəyyənləşdirən, liderliyi üzərinə götürə bilən yarımmüdafiəçi lazımdır. Belə legioner əldə etməyə çalışacaqlar. 

"Sabah"

"Sabah"da da müəyyən dəyişikliklər gözlənilir. Artıq ehtiyat qapıçını yola salıblar. Saşa Stamenkoviçin gedişindən sonra ilk növbədə "çərçivə"yə transfer zərurəti yaranıb. Murad Musayevin hücumameylli oyunçulardan nə dərəcədə razı olduğunu demək çətindir. Çünki rusiyalı mütəxəssis gələndən sonra "Sabah"da hücum planında çox yaxşı işlər görüb. Bunu etiraf etmək lazımdır. Hücum xəttinin oyunçuları son matçlarda özülərini yaxşı tərəfdən göstərə bilib. Kuboku da nəzərə alsaq, komanda onun rəybərliyi altında keçirdiyi 6 oyunda 14 qol vurub. Halbuki, əvvəlki 9 oyunda "Sabah" hesabında cəmi 9 qol var idi. Məhsuldarlıq yaxşılaşsa da, legionerlər var ki, az oynayıb, komandaya fayda verə bilməyib. Onların gedəcəyini proqnozlaşdırmaq olar. Az oynadıqları üçün onları havayıdan saxlamağa ehtiyac yoxdur. Mixail Erqemlidze və mərkəz müdafiəçisi Zurab Oçiqavanın göndəriləcəyini düşünürəm. Sözsüz ki, belədə həmin mövqelər də gücləndiriləcək. Həm də Murad Musayev özü də vurğuladığı kimi, "transfer xatirinə transfer" yox, gedənlərdən daha güclüləri alınmalıdır. Əks halda, transferə ehtiyac yoxdur. Amma qışda güclü futbolçu əldə etmək nə dərəcədə mümkündür, bu sual da açıq qalır. 

"Keşlə"

"Keşlə" heyətini gücləndirməyə daha yaxındır. Çünki komanda legioner dəvət edə bilir. Büdcələrinin o qədər də böyük olmamasına baxmayaraq, lazım olan mövqeyə futbolçu gətirə bilərlər. Anatole Abanqın gedəcəyi dəqiqləşib. Felipe Santosla birlikdə irəlidə komandanın hücum yükünü daşıya biləcək ikinci oyunçuya ehtiyac var. Bu hücumçu, hücumameylli mərkəz yarımmüdafiəçisi və ya cinah oyunçusu ola bilər. Büdcənin də çox böyük olmadığını düşündükdə çox güman ki, bir oyunçu götürəcəklər. Tərlan Quliyev və Şəhriyar Əliyev komandanın müdafiə xəttində stabil oyun nümayiş etdirirlər. Hətta digər legioner oyunçu Bojoviç daha çox ehtiyyatda qalır. Mənim bildiyimə görə, komanda müdafiə xəttinə də bir az müdaxilə etmək istəyir. Rəqabəti artırmaq üçün müdafiə xəttinə bir oyunçu əlavə etmək istəyirlər. Belə deyim, bir müdafiəçi və bir hücumameylli futbolçu ilə "Keşlə" oyun planında xeyli irəliləyiş əldə edə bilər. Çünki indiki legionerlərin bir çoxunun keyfiyyəti, komandanın onun qarşısına qoyduğu məqsədi həyata keçirmək üçün lazım olan tələblərə cavab vermir. 

"Sumqayıt"

Gözlənilməz nəticələrlə yadda qalan "Sumqayıt" haqqında çox danışa bilərik. Keçən mövsüm Azərbaycanı avrokuboklarda təmsil edən komanda bu il gözlədiyimizdən çox aşağı səviyyədə oyun nümayiş etdirir. Ötən il baş məşqçi orada döyüşkən komanda formalaşdıra bilmişdi, bu mövsüm isə dövrəni az qala sonuncu yerdə bitirirlər. "Sumqayıt"ın ikinci dövrədə güclənə biləcəyini də demək çətindir. Çünki bunun üçün komandaya yeni legioner futbolçu dəvət olunmalıdır. "Sumqayıt" isə "legioner futbolçu dəvət etmirik" adı ilə bundan imtina edir. Hərçənd, onların heyətində İrandan və digər ölkələrdən futbolçular var və daha əvvəl də olub. Qış fasiləsində sərbəst futbolçular tapmaq asan olmur. Bu səbəbdən, klub çətin vəziyyətdən yalnız daxili imkanlar hesabına çıxmalıdır. Burada əsas yük Ayxan Abbasovun üzərinə düşə bilərdi ki, taktiki və ya psixoloji baxımdan komandanı dəyişsin. Amma rəhbərlik baş məşqçi dəyişikliyinə qərar verdi. Belədə, bu ağır missiyanı yeni təyin olunacaq məşqçi yerinə yetirməli olacaq. 

Komandanın iki iranlı futbolçusu var ki, klubun əsas yükünü onlar daşımalıdır. Ancaq millimizin pasport almış üzvü Əli Qurbanı ola-ola, hücumda gənc futbolçu Xəzər Mahmudov oynayır. Bu da açığı, bir qədər başadüşülən deyil. Əgər hücumun mərkəzində Xəzər oynayacaqdısa, İrandan iki futbolçu gətirib onlardan birinə pasport verməyin nə mənası var idi? "Sumqayıt"da güclənməli olan əsas mövqe məhz hücumdur. Dəyişiklik olmasa, ikinci dövrədə də komandanın işinin çətin olacağını düşünürəm. 

"Səbail"

"Səbail" haqqında xüsusi söz deməyə ehtiyac yoxdur. Çünki bu komandanın legioner almasına ehtiyac görmürəm. Çünki hazırki şərtlərlə samballı əcnəbi almaq mümkün də deyil. Fikirləşirəm ki, "Səbail" qarşısına böyük məqsəd qoymamalıdır. Yaxşı olardı ki, futbolçu yetişdirmək və Azərbaycan futboluna hansısa şəkildə yararlı olmaq istiqamətində fəaliyyət göstərsinlər. 

Mirağa Mirzəyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
22:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X