13:55 01.01.2022 572

"2021-ci il mənim üçün yaxşı keçdi" - Hacıağa Hacılı

Çin təqviminə görə, 2022-ci il "Pələng ili"dir.

30.01.1998-ci il tarixində, yəni "Pələng ili"ndə göz açan "Zirə"nin futbolçusu Hacıağa Hacılı ilə söhbət etdik. 

Ölkə futbolunun 24 yaşlı "pələng"i arxada qalan 2021-ci ili dəyərləndirdi və gələcək planları ilə bağlı Fanat.Az-a danışdı:

-  Artıq ölkə çempionatında ilk yarı başa çatıb. Arxada qalan 14 turu necə qiymətləndirirsiniz? 
- Bu il ölkə çempionatı əvvəlki illərə baxanda çox ağır keçir. Bütün komandaların heyətində aqressiv və texnikalı futbolçular çoxluq təşkil edir. Bu isə rəqabəti artırır. İlk yarıda 22 xal toplamışıq. Daha çox xal yığa bilərdik. Bəzi oyunlarda boşluqlara yol verdik. Nəticədə rəqiblərimiz də bizi cəzalandırdı. Bir sözlə 14 turdan sonra bütün komandaların nəyə qadir olduğunu hamı gördü və bir-birini yaxşı tanıdı. Fikrimcə, 3-cü və 4-cü dövrələr daha çətin keçəcək. 

- Ümumiyyətlə, 2021-ci ilin özünüz üçün uğurlu hesab edirsiniz? 
-  2021-ci il mənim üçün yaxşı keçdi. Ancaq daha yaxşı ola bilərdi. 

-  Yeni ildə həyatınızda və ya karyeranızda dəyişiklik etmək kimi planınız varmı? 
- Karyeramda dəyişiklik etməyi planlaşdırmıram. 

- Hacıağanın nail olmaq istədiyi hədəf nədir?
- Karyeramda nail olmaq istədiyim çox hədəf var. Ən əsası Avropa arenasında nəticə vermək istərdim. Bunun üçün isə hazırki formamdan daha yaxşı olmalıyam. İnanıram ki, bu nəticələri qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. 

- Çin təqviminə görə, "Pələng ili"ndə doğulan insanlar dünyadakı həyatı istiqamətləndirə biləcək qədər güclüdür. Geniş ölçəkli işlərlə məşğul olmaqdan, kütlələri ayağa qaldırmaqdan və idarə etməkdən xoşlanar. "Pələng ili"ndə dünyaya göz açanlar hərəkətli və cəsur insanlardır. Ən yaxşı tərəfləri istiqanlı olmalarıdır. Başqalarının istəklərinə anlayışla yaxınlaşarlar. Zəif tərəfləri isə eqoizm və dostlarına qarşı məsafəli davranmalarıdır. "Pələng ili"ndə doğulanlar peşə və karyerasında müvəffəqiyyətli olurlar. Bəzən təlaşlı xarakterləri zərər görmələrinə səbəb olur. Güclü romantik xarakterə sahibdirlər.

Maraqlıdır, bu xüsusiyyətlərdən hansına sahibsiniz? 
- "Pələng ili" ilə bağlı heç bir məlumatım yox idi. Ancaq görürəm ki, bəzi xüsusiyyətlər üst-üstə düşür. Misal üçün, hərəkətli olmaq. Bir yerdə dayanmağı sevmirəm. Daim hərəkətdə olmaq enerjimi yüksəltməyə gətirir. Tanımadığım insanlara qarşı istiqanlıyam, onlarla danışmağı, gülməyi, əylənməyi daha çox sevirəm. Tanıdığım insanlara və dostlarıma qarşı isə məsafə saxlamağı daha uyğun hesab edirəm. 

"Pələng ili"ndə  doğulanlar karyerasında müvəffəqiyyətli olursa, inşallah, onlardan biri də mən olaram. "Pələng ili"nə xas olan təlaş içində olmaq zəif tərəflərimdən biridir. Bəzən yalnış addımlara yol verirəm. Bu isə ən sevmədiyim xüsusiyyətimdir. Bir də güclü romantik xarakterə sahib olduqları bildirilir. Amma bunu hələ özümdə kəşf etməmişəm. (gülür)..."

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X