Mövsümün ikinci yarısına hazırlıqları Antalyada davam etdirən “Zirə” bu gün yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, yanvarın 5-dən Türkiyədə olan "qartallar" Macarıstan təmsilçisi “Peç” ilə qarşlıaşacaq.
Görüşə Bakı vaxtı ilə 17:00-da start veriləcək.
Qeyd edək ki, “Zirə” Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt klubu yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.