"Keşlə" qış fasiləsində növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bakılılar argentinalı mərkəz müdafiəçisi Franko Flores ilə müqavilə imzalayıb.
Flores cari mövsümün sonunadək komandanın uğurları üçün çalışacaq.
Xatırladaq ki, müdafiəçinin son klubu Hondurasın "Real CD Espana" komandası olub.
Qeyd edək ki, "Keşlə" 2019/2020 mövsümündə də paytaxt təmsilçisində çıxış edən Franko Floresdən başqa, bu mövsüm "Neftçi"dən icarəyə götürdüyü Fəhmin Muradbəyli ilə güclənib.