2021-ci ildə Azərbaycanın futbol klublarının ölkə xaricindən etdikləri transferlərin sayı və xərclədikləri məbləğ açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə FIFA-nın hesabatında qeyd olunub.
Hesabatda Azərbaycanla bağlı göstəricilərdə ötən il klublarımızın 68 futbolçunu xaricdən transfer etdiyi, ölkə xaricinə isə 59 oyunçu göndərdiyi bəlli olur.
Transferlərdə ümumilikdə 12 klub iştirakçı olub. Keçidlərə üs-üstə 700 000 ABŞ dolları xərclənib.
Klublar ötən il qadın futbolçu transfer etməyib və əvəzində 4 oyunçu ölkə xaricinə yollanıb. Həvəskar klublar isə 13 oyunçu alıbsa, 28-i ilə yollarını ayırıb. Bu keçidlərdə 4 klub iştirak edib.