Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" komandası növbəti yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Masazır təmsilçisi Ukrayna "Zarya"sı ilə üz-üzə gəlib.
Oyundan öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Sabah" görüşə qara sarğı ilə çıxıb.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib. Baş hakimin şübhəli penalti qərarı nəticəsində hesabda geri düşən "Sabah" sona yaxın yenilgidən qurtulub.
Qeyd edək ki, "Sabah" ilk yoxlama matçında da Macarıstan "Pakş"ı ilə də 1:1 hesablı bərabərliyə razılaşıb.
Yoxlama oyunu
20 yanvar
Sabah - Zarya (Luqansk, Polşa) 1:1
Qol: Kamran Quliyev, 83.