Azərbaycanlı futbolçu Ziya Əzizov karyerasını Niderlandda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı bd.nl saytı yayıb.
Xəbərə görə, 24 yaşlı yarımmüdafiəçi sözügedən ölkənin həvəskar komandası "Trinitas"a keçib.
Qeyd edək ki, U-19, U-20 və U-21 yığmalarında oynayan Zaur 2019/2020 mövsümündə "Keşlə"nin formasını geyinib. Ancaq səhhətindəki problemlərə görə peşəkar futbolçu kimi fəaliyyətini davam etdirə bilməyib.