Mövsümün qalan hissəsinə Bakıda hazırlaşan “Keşlə” bu gün təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, bakılılar Birinci Divizion təmsilçisi “Kəpəz”lə üz-üzə gəlib.
Gəncəlilər “ASK Arena”da reallaşan görüşdən qolsuz bərabərliklə ayrılıb.
“Keşlə” daha öncə “Səbail”lə iki sınaq oyunu keçirib. İlk yoxlama matçında qələbə qazanan Sənan Qurbanovun yetirmələri (2:0) "dənizçilər"lə ikinci dueldə 1:1 hesablı bərabərliyə razılaşıb.