“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi Eldost Qiyasbəylini heyətinə cəlb edib.
Gənc müdafiəçi ilə sonradan 1 il də artırılması mümkün olan 6 aylıq müqavilə bağlanılıb.
Qiyasbəylinin sonuncu klubu “Zirə-2” olub.
Bu arada, yoxlama görüşü çərçivəsində yanvarın 22-də keçirilməli olan, lakin baş məşqçilərin qərarı ilə təxirə salınan "Kəpəz" - "Turan Tovuz" oyunu fevralın 8-də baş tutacaq. Komandalar Gəncədə qarşılaşacaqlar. Şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq.