Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XV turunun görüşləri müzakirə olunub:
İclasda aşağıdakı qərarlar qəbul edilib:
"Keşlə” – “Zirə” oyununda “Keşlə” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
“Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Neftçi” – “Qarabağ” oyununun 73-cü dəqiqəsində “Neftçi” komandasının meneceri Qədir Həsənov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanı,r klub 800 manat cərimə olunur.
“Qarabağ” klubunun azarkeşləri meydançaya kənar əşya atdığı üçün klub 1600 manat cərimə olunur.
“Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.