Polşada azərbaycanlı futbolçu çıxış edəcək.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Riad Abbaszadə Polşanın IV divizionunda çıxış edən və Pşisuxa şəhərini təmsil edən “Oskar” klubuna keçib.
Futbolçumuz artıq dörd oyuna çıxıb. İki həftədir Polşa klubunun düşərgəsində olan yarımmüdafiəçi yanvarın 29-da "Stal"la (3:1), fevralın 2-də "Pilica" (3:4), ayın 5-də "Skalnik" (1:0) və 9-da “Lexiya”ya (1:4) qarşı yoxlama oyunlarında çıxış edib. “Oskar” növbəti yoxlama oyununu sabah Staraxovitse şəhərində yerli “Star” komandasına qarşı keçirəcək.
Qeyd edək ki, 21 yaşlı Riad Abbaszadə yarımmüdafiəçidir. Daha əvvəllər I divizionda “Şüvəlan”da (keçmiş AZAL klubu) və “Keşlə” klubunun əvəzedicilərində oynamış Riad ötən mövsüm “Qarabağ”ın ikinci komandasında çıxış edib və 1 qol vurub.
Mirağa