"Keşlə" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu "Qarabağ" üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, Ağdam klubu ölkə kubokunda 150-ci oyununu keçirib.
Yubilyar 6:0 hesablı qələbə qazanıb.
1993-cü ildən kubokda çıxış edən “Qarabağ” kubokda 150 və ya daha çox oyun keçirən ikinci komanda olub. Ağdamlılar bu görüşlərdə 95 qələbə qazanıb, 29 heç-heçə edib və 26 dəfə uduzub. Evdə 73, səfərdə 68 matça çıxan komanda 9 dəfə neytral meydanda oynayıb.