Futbol üzrə Azərbaycan I Divizionunda 14-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.
Gün meydan sahibləri üçün uğursuz olub. Belə ki, doğma azarkeşlər qarşısında oynayan komandalardan heç biri xal qazana bilməyib.
I Divizion
14-cü tur
16 fevral
“Zaqatala” – “Keşlə-2” 1:2
Qollar: Xəlil Bəşirov, 53 - Fuad Bayramov, 41, Kamal Kazımov, 83
MOİK - “Turan Tovuz” 0:1
Qol: Sadiq Şəfiyev, 45+1
“Zirə-2” – “Səbail-2” 0:1
Qol: Bayraməli Qurbanov, 60
Turun dünən keçirilən görüşlərində aşağıdakı nəticələr qeydə alınıb: “Qaradağ Lökbatan” – “Sumqayıt-2” 0:0, “Qəbələ-2” – “Kəpəz” 2:0 (Kamal Mirzəyev, 44-pen., Fərid İsgəndərov, 51), “Sabah-2” – “Neftçi-2” 3:4 (Fərid Kərimzadə, 22, 73, Kamran Quliyev, 31-pen. - Samir Qurbanov, 37, 65, Xəqani Sadıxov, 82, Mirabdulla Abbasov, 90+4)