19:51 17.02.2022 467

"Narahatam, daha çox qol vurmalıyam" - "Neftçi"nin legioneri

"Çoxdandır fərqlənmədiyimə görə narahatam".

Fanat.Az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Tiaqo Bezerra klubun rəsmi saytına müsahibəsində deyib.

"Ağ-qaralar"ın heyətində meydana çıxdığı 12 rəsmi oyunda 4 qola imza atan braziliyalı hücumçu bunu özü üçün aşağı göstərici adlandırıb: "Daha çox qol vurmalıyam. Bununla belə, burada xoşbəxtəm. Hər oyunda qol vurmaq istəyirəm və buna çalışıram. Yaxşı başa düşürəm ki, hücumçuyam və vəzifəm qol vurmaqdır. Amma çox inanıram ki, yaxın zamanlarda çətin günlər geridə qalacaq və qollar, qələbələr ard-arda gələcək".

35 yaşlı forvard "Keşlə"yə qarşı keçirəcəkləri Premyer Liqanın XVI tur matçına da toxunub: "Ölkə kubokunda yarımfinala yüksəldiyimiz üçün əhval-ruhiyyəmiz çox yaxşıdır. "Keşlə" ilə matç da çox vacibdir. Rəqibə hörmətlə yanaşırıq, amma qələbə qazanıb ilk “üçlük”dəki komandalarla xal fərqini azaltmalıyıq. 2:0 hesabı ilə öndə olmağımıza rəğmən 2:3 hesablı məğlubiyyəti unutmamışıq. Revanş almaq üçün yaxşı şans olacaq. Əlbəttə, hər oyunda qol vurmaq istəyirəm. Məşqçinin seçiminə hörmətlə yanaşıram. Mənə şans verilsə, özümü ən yaxşı tərəfdən göstərib, fərqlənməyə çalışacağam".

Bu gün doğum günü olan təcrübəli futbolçu bunu ilk dəfə Azərbaycanda qeyd edəcəyini söyləyib: "Təbii ki, bizim üçün önəmli gündür. Sevindiricidir ki, sağlam, xoşbəxt, ailəm də yanımda olmaqla daha bir ili geridə qoyuram".

Bezerra sonda azarkeşlərə müraciət edib: "Təəssüf ki, bəzən onların ümidlərini doğrulda bilmirik. Bu mövsüm Azərbaycan Kubokunu qazanmaq istəyirik. Neçə ildən sonra ilk dəfə yarımfinala adlamışıq. Buna görə çox şadıq. İnanıram ki, tezliklə tam fərqli “Neftçi” görəcəyik".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2025
21:50

"Şamaxı"nın daha bir rəqibi bilindi

21:11

II Liqanın debütantı bütün komandanı dəyişdi

20:46

Azərbaycan boksçuları Batumiyə bu heyətlə yollanacaqlar

20:17

Bakıdakı turnir UFC tarixinin ən uzun sürən yarışlarından biri oldu

19:54

Rusiya çempionu 28 yaşlı braziliyalını alır - MƏBLƏĞ

19:13

Simeone "Atletiko"nun qrupdan çıxmaq şansını dəyərləndirdi

18:53

"İdeal olmasa da, yaxşı qələbədir" - Cud Bellingem

18:21

"Rəqib yaxşı müdafiə olunur, bizə çox az boş ərazi verirdi" - "Əl-Hilal"ın qapıçısı

17:57

Birinci Liqa klubunun İdarə Heyəti yaradıldı

17:38

"Bilirik ki, bu oyunda qələbə qazanmasaq..." - Luis Enrike

17:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:05

"Fantastik matçlar keçirmişik, amma..."

16:46

Hələ NBA tarixində "Oklahoma" kimisi olmamışdı

16:28

Balotelli "Cenoa"nı bu kluba dəyişir

16:09

"Bayern Münhen" "Arsenal"ın forvardına elçi düşdü

15:50

Azərbaycan idmançıları MMA üzrə dünya çempionatında 3 "qızıl" qazandılar

15:31

"Benfika"nın yetirməsi "Turan Tovuz"da!

15:17

"Azərreyl" legioneri ilə yeni müqavilə bağladı

14:58

Ötən mövsüm "Əl-Nəsr"də oynamış futbolçu "Kəpəz"lə danışıq aparır - AÇIQLAMA

14:40

Randal Kolo Muani İngiltərə yolunda - Danışıqlar başladı

14:23

"Alonso bir qədər geridən oynamağımı istəmişdi" - Arda vurduğu qolu şərh etdi

13:50

"Atletiko"nun forvardı "Botafoqo" ilə matçdan öncə ehtiyatlı danışdı

13:32

İslandiyalı yarımmüdafiəçi İtaliya yolunda

13:14

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

12:54

"Sabah" milli üzvü ilə müqavilə yenilədi - RƏSMİ

12:38

"Kopenhagen"in vingeri İspaniya nəhənginə bu qiymətə keçir

12:20

Arda Gülər Vinisiusun rekordunu yenilədi

12:01

"Liverpul" mərkəz müdafiəçisini Almaniya klubuna satır - MƏBLƏĞ

11:41

Ernandes fikrini dəyişdi, "Milan" istədiyini aldı

11:23

Ronaldunun "Əl-Nəsr"də qalıb-qalmayacağına aydınlıq gəldi - SON DURUM

11:04

"Qalatasaray"dan ayrılan belçikalı karyerasını bitirdi

10:45

"Sabah" Avstriyada ilk məşqinə çıxdı - FOTOLAR

10:21

Klublararası dünya çempionatında 3-cü tur başlayır

10:02

"Heç bir komanda dünyanın ən yaxşı oyunçusunu əvəz edə bilməz" - Qvardiola Rodrinin dönüşünə sevinir

09:22

Cüdoçularımız Avropa Kubokundan 9 medalla dönürlər

09:00

Klublararası dünya çempionatı: "Mançester Siti" 1/8-ə darmadağınla yüksəldi

00:55

"Real Madrid" azlıqda qalib gəldi

22 İyun 2025
23:00

Burak Yılmaz işsiz qaldı

22:21

"Yuventus" Mərakeş təmsilçisinə qalib gəldi

21:53

"Afrikanın ən böyük zibilliklərindən birində böyümüşəm" - Viktor Osimhen

Facebookdan bizi izləməyi unutmayın.
X