12:16 18.02.2022 820

"Qarabağ" "Olimpik Marsel"ə asan təslim olmadı" - Şahin Diniyev

"Qarabağ" rəqib qarşısında aciz görünmədi. Kifayət qədər qol şansı yaratdı, hətta topa sahibolmada rəqibi üstələdi. Məğlub olmasına baxmayaraq, özünü ləyaqətlə apardı, ölkəni layiqincə təmsil etdi". 

Bu sözləri Fanat.Az-a açıqlamasında tanınmış futbol mütəxəssisi Şahin Diniyev "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Olimpik Marsel"ə 1:3 hesabı ilə məğlub olduğu görüş barədə danışarkən deyib. 

Təcrübəli mütəxəssis təmsilçimizin çıxışını belə dəyərləndirib:

"Qarabağ"ın "Olimpik Marsel"lə başabaş mübarizə aparacağını, aciz görünməyəcəyini oyundan əvvəl demişdim. Həqiqətən biz bunun şahidi olduq. Sadəcə, ustalıq səviyyəsi özünü göstərdi. "Qarabağ" da usta oyunçulardan qurulub, ancaq "Olimpik Marsel"lə müqayisədə geri qaldığımızı etiraf etməliyik. Rəqib təcrübəli, güclü komandadır. Tempi istədiyi vaxt artırıb azaltmaqla istədiyi nəticəni əldə etdi. "Olimpik Marsel" nəticəyə oynamağı bacaran rəqibdir. Heyəti çox genişdir. Təsəvvür edin, komandanın bir neçə aparıcı futbolçusu ilk dəqiqələrdən oynamırdı, ehtiyatda qalmışdı. Milik əsas heyət üzvü deyil, ancaq çıxıb qollarını vurursa, bu artıq komandanın gücündən, heyətin genişliyindən xəbər verir. Həm futbolçuların, həm də klubun öz ağırlığı, sambalı hiss olunurdu. 

Qeyd etdiyim kimi, "Qarabağ" rəqibə asan təslim olmadı. Xeyli qol vəziyyətimiz, təkbətəklər, dirəkdən dönən top oldu. Bu, kiçik detal deyil. Rəqib özü şən futbol oynamaqla yanaşı, "Qarabağ"a qol epizodları baxımından boşluq verirdi. Fransa təmsilçisinin qapısının ağzına yığışmaması imkan verirdi ki, müdafiənin arxasına keçə bilək, şans qazanaq. Sadəcə, o imkanların bir neçəsindən yararlanmaq baxımından ustalıq səviyyəsi yetərli olmadı".  

Millinin keçmiş baş məşqçisi "Qarabağ"ın məğlubiyyətində qapıçı Luka Quqeşaşvili və müdafiəçi Kevin Medinanın səhvlərini həlledici saymayıb: 
"Düzdür, "Qarabağ"da fərdi səhvlər də oldu. Amma mən məğlubiyyəti qapıçının və ya hansısa müdafiəçinin üzərinə yıxmağın əleyhinəyəm. Təzyiq altında oyunda belə səhvlər qaçılmaz olur. Rəqibin təzyiqi nəticəsində o səhvlər ortaya çıxdı. Belə deyim, ustalıq səviyyəsi güclü olan komanda səni buna məcbur edir. Hansısa hücumçu müdafiəçiyə təzyiq etmirsə, onun səhv etmək ehtimalı az olur. Quqeşaşvilinin çıxışdakı səhvi müzakirə olunursa, onun çıxardığı topları da qeyd etməliyik. Yaxın küncdən, tirin altından çıxardığı toplar oldu. Yəni həmin qol vəziyyətlərində komandanı xilas edə bildi. Futbol varsa, səhvlər qaçılmazdı". 

55 yaşlı mütəxəssis fevralın 24-dəki cavab oyununda da "Qarabağ"ın işinin çətin olacağını, ancaq intriqanın qaldığını deyib: 
"Mənə elə gəlir Bakıdakı cavab görüşü üçün intriqa qalır. Səfər qolunun ləğvini nəzərə alsaq, evdə iki top fərqi ilə qalib gəlib oyunu əlavə vaxta, penaltilərə aparmaq mümkündür. Şəxsi qənaətimi deyim, bu çox çətin olacaq. Bu, "Qarabağ"a inamımın az olmasından irəli gəlmir. Ancaq rəqib "Olimpik Marsel" yox, başqası olsaydı, bu fərqi aradan qaldıracağımızı əminliklə deyərdim. Fransa klubu çox güclüdür, təcrübəlidir, nəticəyə oynamağı bacarır. Onlar ilk oyundan sonra "Qarabağ"ın ciddi rəqib olduğunu gördülər və Bakıda daha məsuliyyətli olacaqlar. Heyətləri də buna imkan verir. Bununla belə, açıq futbol, maraqlı oyun olacağı gözlənilir. "Qarabağ" mümkün qədər az səhv buraxıb səfərdəki üslubu davam etdirməlidir. Ən arzulanan ssenari o olardı ki, gələn həftə baş tutacaq oyunda komandamız erkən qol vursun. O halda şans artacaq, komandada özünəinam yaranacaq, rəqib yenə boşluqlar verəcək. İstənilən halda, yəni nəticədən asılı olmayaraq, "Qarabağ"ı təbrik etməyə dəyər. Qrupdan çıxmaqla daha bir tarix yazıb. Bununla belə, "böyük beşlik" təmsilçisinə də qarşı gücünü ortaya qoyur, güclü rəqibinə layiqincə müqavimət göstərir, hətta bəzi komponentlərdə onu üstələyir. Bu komandayla fəxr etməyə dəyər".

Mirağa 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

Facebookdan bizi izləməyi unutmayın.
X