Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Səbail" "Zirə"-ni qəbul edir.
Fanat.Az xəbər verir ki, Bayıl təmsilçisinin "49" fan-klubu oyun zamanı tribunalarda maraqlı təşəbbüslə yadda qalıb.
Belə ki, azarkeş qrupunun üzvləri oyunun ikinci hissəsində Ukrayna bayrağının rənglərini əks etdirən kağızların üzərində "Müharibəyə yox" şüarlı pankart nümayiş etdiriblər.
Bundan əlavə, azarkeşlər meydançanın kənarına Ukrayna bayrağının rənglərində olan hava şarları da asıblar.
Həmin fotoları təqdim edirik: