“Qəbələ” İdman Klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, bölgə təmsilçisi “Kəhriz Su” ilə əməkdaşlığa başlayıb.
Şirkət “qırmızı-qaralar”ın su tərəfdaşı olacaq. Razılaşma 2022/23 mövsümünün sonunadək nəzərdə tutulub. “Kəhriz Su” bu müddətdə "Qəbələ"nin bütün komandalarını içməli su ilə təmin edəcək. “Qəbələ”nin əsas komandasının oyun formalarının qolunda şirkətin loqosu əks olunacaq. Qəbələ şəhər stadionunda “Kəhriz Su”nun reklam bannerləri yer alacaq.