"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ” ilə görüşü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, iki günə yekunlaşan matçla bağlı belə danışıb: "Artıq bir sutkadır ki, oyun bitmirdi. Dünən hava şəraitinə görə görüş 65-ci dəqiqədə dayandırıldı. Belə məqamda komandanı tonusda saxlamaq çətindir. Hər iki tərəfin futbolçularını təbrik edirəm. Ürəyimdən görüşün heç-heçə bitməsi keçirdi, belə də oldu. Adamın hər iki komandanın oyunçularının əziyyətinə heyfi gəlir. Dünənki hava şəraiti çox ağır oldu. Komandalar meydanda mübarizə apardı".
40 yaşlı mütəxəssis görüşün maraqlı alındığını bildirib: "Oyun haqqında danışılacaq çox şey yoxdur. Ədalətli nəticə elə heç-heçə idi".
Qeyd edək ki, dünən əlverişsiz hava şəraitinə görə yarımçıq dayandırılan və bu gün davam etdirilən görüş 0:0 başa çatıb.