"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 0:0 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib: "Bizi ağır mübarizə gözlədiyini bilirdik. Komandamın çıxışından razıyam. İstədiyimi meydanda gördüm. Futbolçularımız daim hücumda olmağa çalışırdı, çoxsaylı qol epizodları yaratdıq. Sadəcə, dəyərləndirə bilmədik. Oyunun dinamikası yüksək idi. Komandalar iki gün oynamalarına baxmayaraq, dinamika gələcəyə ümidlə baxmağa imkan yaradır. Qazanılan bir xal hər iki komandanı razı sala bilər".