AFFA-nın təşkilatçılığı, HOMS Cəmiyyətinin dəstəyi ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar arasında mini-futbol turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnir 16-17 mart tarixlərində Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internat məktəbinin mini-futbol meydançasında təşkil olunacaq.
Turnirdə 2 saylı internat məktəbi ilə yanaşı, Türkan qəsəbəsində yerləşən 6 saylı, Maştağa qəsəbəsində yerləşən 1 saylı internat məktəbləri də iştirak edəcək. Yekunda qalib komandaya kubok, sonrakı yerləri tutan komandalara isə müvafiq medallar təqdim olunacaq. Həmçinin, AFFA tərəfindən turnir ərzində müxtəlif nominasiyalar üzrə fərqlənmiş oyunçulara və bütün iştirakçılara hədiyyələr veriləcək.