"Zirə" milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilədə yoxlama oyunu keçirəcək.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi martın 27-də "Qəbələ" ilə qarşılaşacaq.
Zirə İdman Kompleksində keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Zirə" hazırda Premyer Liqada 35 xalla 3-cü, "Qəbələ" isə 33 xalla 4-cü pillədə qərarlaşıb.