Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Zirə" və "Qəbələ" bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Zirə" hazırda Premyer Liqada 35 xalla 3-cü, "Qəbələ" isə 33 xalla 4-cü pillədə qərarlaşıb.