Bu gün milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanan "Zirə" və "Qəbələ" güclərini sınayıb.
Fanat.Az xəbər verir ki, tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.
Görüş bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
İlk qolu qarşılaşmanın əvvəllərində "Zirə"nin qış transferi Hamidu Keyta vurub. Ancaq fasilədən sonra İsnik Alimi penaltini dəqiq yerinə yetiribsə, Rafael Utziq son nöqtəni qoyub.