Gəncənin “Kəpəz” komandası yoxlama oyununda 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, oyun Bakıda - "Dalğa Arena"da keçirilib.
Gəncəlilər seçməmizdən üstün olub - 2:1. Qolları ilk yarıda Emil Qasımov, ikinci hissədə Bəhruz Teymurov vurub. U-20-nin yeganə qolunun müəllifi isə Murad Vəliyev olub.