FİFA-nın milli komandaların rəsmi və qeyri-rəsmi oyunlarına görə ayırdığı "pəncərə" klubların işinə təsirsiz ötüşmür. Düzdür, bundan yaxşı mənada yararlananlar, boşluqları yoluna qoymağa çalışanlar da olur. Bəs fasilə bizim klubların işinə necə təsir göstərib?
"Sabah"ın baş məşqçisi Murad Musayev Fanat.Az-a verdiyi açıqlamada hazırlıq dönəmindəki fəaliyyətlərindən danışıb:
"Səbail"lə oyundan sonra komandaya 3 gün istirahət verdik. Ardından qısa hazırlıq dönəmi oldu. Bu müddətdə nəzərdə tutulan məşqləri gənc futbolçuların da iştirakı ilə ikitərəfli oyunla başa vurduq. Bazar ertəsindən isə adi qaydada "Sumqayıt"la matça hazırlaşırıq.
Əlbəttə, bütün futbolçuların sərəncamımda olmasını istərdim. Amma buna adət etmişik. Fasilənin xeyrimizə olub-olmadığını çempionat görüşlərinə çıxandan sonra biləcəyik. Bütün komandalar eyni şərtlər fonunda hazırlaşıb".
"Sabah" Azərbaycan Premyer Liqasının 21-ci turunda "Sumqayıt"la qarşılaşacaq. Səfərdə baş tutacaq oyun aprelin 2-də olacaq.
Mirağa