İtaliyalı yazar Emmanuele Culianellinin "Qarabağ" klubu haqqında yazdığı kitabın ingilis versiyası təqdim olunub.
Fanat.Az xəbər verir ki, yazar bu barədə "Twitter"də paylaşım edib.
O, statusda belə yazıb: "Kitab artıq mənim əllərimdədir. Bu, fantastikdir".
Qeyd edək ki, Emmanuele Culianelli “Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabını 2018-ci ildə təqdim edib.