"Sumqayıt" klubu Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçi heyətinə qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiperlə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.
Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.
Son olaraq, Ukraynanın "LNZ" (Çerkası) klubunda çıxış etmiş, 2011/12, 2013/14 və 2014/15 mövsümlərində "kimyaçılar"ın şərəfini qorumuş Popoviç "Sumqayıt"ın heyətində "23" nömrəli formada çıxış edəcək.
Mirağa