"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, 44 yaşlı şalışdırıcı 1:1 hesablı bərabərliyi belə dəyərləndirib:
"Bizi nəyinsə qane etdiyini desək, komandamıza haqsızlıq olar. Ötən il də eyni halı yaşamışıq. Millidə çıxış edənlər bizim əsas heyət oyunçularımızdır. Bu, mən başda olmaqla, komandam üçün bəhanə deyil. Bu gün bəxtimiz gətirdi. Meydanda bir komanda var idi. O da "Zirə" idi. Tez toparlanmalıyıq".
Abasov komandanın yarımmüdafiəçisi Yusuf Lavalın milli komandaların oyunları ilə əlaqədar Premyer Liqadakı fasilə dönəmində zədələndiyini bildirib: "Laval tam hazır deyil və zədədən yeni qayıdıb. İnanıram ki, oyun ritminə qayıda biləcəyik".