20:14 03.04.2022 472

"Əminəm ki, digər qapıda olsaydı, penalti verilməyəcəkdi" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində səfərdə "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis 1:1 hesablı heç-heçəni belə dəyərləndirib: 

"Qələbə də qazana bilərdik. Amma alınmadı. Qol epizodlarımız olsa da, yararlana bilmədik. Komanda bu gün möhtəşəm idi. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Komandanın oyunundan razı qaldım. Sonadək mübarizə apardıq. Bu gün rəqibimiz ötən ilin çempionu idi. Səfərdə onlara qarşı bu cür futbol oynamaq ürək və bacarıq tələb edir. Futbolçular bu gün onu meydanda göstərdilər.

60-cı dəqiqəyədək üstün oyun sərgilədik. Qol epizodlarımız var idi. Topa nəzarət də bizdə idi. Sürətli hücumlarımız alınırdı. Azlıqda qaldıq və sistemi dəyişdik. Bu vaxtda da futbolçular ağıllı, intizamlı və özlərinə əmin oyun göstərirdilər. Belə məqamda gözəl qol vurduq və qələbəyə yaxın idik. Lakin sonda qapımıza penalti təyin edildi və iki xal itirdik. Oyundan əvvəl heç-heçə bizi qane edərdi. Matçın gedişatı elə oldu ki, məyus olan tərəf biz olduq. Təbii ki, son dəqiqələrdə buraxılan qol məyus edir. Bizi daha vacib qarşılaşmalar gözləyir. Bu gün komandamın oynadığı futboldan həzz aldım. Göstərdikləri oyuna görə onları təbrik edirəm".

Baş məşqçi Davit Volkovun birinci hissədə topu əllə önünə almasına da münasibət bildirib: "Həmin epizod mənə də şübhəli gəldi. Açıq-aşkar əli topu önünə atmışdısa, qol qeydə alınsaydı, soruşardıq. Həqiqətən elə idisə, baş hakimə bildirmək olardı. Mən belə qolların tərəfdarı deyiləm. Belə qolla qələbə qazanmaq istəmirik. Qol olsaydı, bildirəcəkdik".

Mütəxəssis Coşqun Diniyevin qırmızı vərəqə almasından sonra tribunanı alqışlamasından da söz açıb: "Mesajımın kimə olduğunu bildirmək və ad çəkmək istəmirəm. Hakimə etiraz edəndə sarı vərəqə alırsan. Ona görə tribunaya etiraz edirsən. Bilmirsən oyunlarından əvvəl rəqibi, yoxsa başqa şeyi fikirləşəsən. 50-ci dəqiqədən Coşqun Diniyevi əvəzləmək istəyirdim. Köməkçi ilə danışırdıq ki, onu çıxaraq. Daha çox qorxurdum ki, vərəqə verilə bilər. “Qəbələ” ilə oyunda 65-ci dəqiqədə həmin epizod sarı vərəqəlik idi, yoxsa bu epizod? Hər dəfə danışırıq. Belə olduqda öz işindən həzz almağa başlayırsan. Bu da bizim üçün vacibdir. Hamı bilir ki, futbolu tək pul üçün oynamamışam. Ondan önəmli işlər olub. Komandamın oyunundan zövq alıramsa, uduzsaydıq da zövqlə gedərdim. Oyundan qabaq futbolçularla hakimlik haqqında danışmaqdan yorulmuşam. Yəni, hansı epizodda necə davranmaq lazımdr. Nə edək? Düşdüyümüz vəziyyət budur. Buna uyğun da davranmalıyıq. Mübarizəmizi aparacağıq".

Sadıqov əsas rəqiblərindən olan "Qəbələ"nin də xal itirdiyini sözlərinə əlavə edib: "Bu gün qələbə qazansaydıq böyük üstünlük olacaqdı. Amma biz də xal itirdik. “Sabah” da yaxşı komandadır. Sonadək mübarizə aparacaqlarının fərqində idik. Qələbə sayəsində təhlükəli zonadan uzaqlaşmaq istəyirdik. Amma alınmadı. Öz aramızda da oyunlarımız olacaq. Yarışın içindəyik, hər cür oyun var və buna hazır olmaq lazımdır".

Baş məşqçi penalti epizodunu da şərh edib: "Hakimliyə nə şərh verim? Hər şey göz qabağındadır. Qaydaları kənara qoyub, daha çox belə sual vermək istəyirəm. Bu epizod rəqib qapısı tərəfdə olsaydı, penalti təyin olunacaqdı? Əminəm ki, digər qapıda olsaydı, verilməyəcəkdi. Orada olsaydı, əsaslandıracaqdılar ki, penalti yoxdur, bizim qapımızda varsa, əsaslandırlacaqlar ki, buna görə penaltidir. Amma, artıq təəccüblənmirəm, işimizi görürük".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X