“Qarabağ”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Cavad Mirzəbəyli klubun saytına danışıb.
Fanat.Az xəbər verir ki, gənc mütəxəssis I Divizionun 20-ci turunda “Səbail-2” ilə qarşılaşmanı (4:0) dəyərləndirib:
“Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandıq. Ötən oyunlarla müqayisədə bu dəfə fürsətlərimizi qola çevirdik. Oyunçular matça ciddi yanaşırdı. Bacardığımız qədər gənclərə şans verməyə, onlara güvənməyə davam edəcəyik. Bu görüş İbrahim Ağayarov üçün də xüsusi qarşılaşma oldu. Debüt etdiyi oyunda qol vurmağı bacardı. Onu komandaya bir müddət əvvəl akademiyamızdan dəvət etmişik. Potensialına və bacarığına bələdik. İbrahim özünü bu matça girən kimi rahat hiss etdi və qol vurmağa müvəffəq oldu. İstəyimiz budur ki, İbrahim kimi gənclərə şans verməkdə davam edək. Növbəti mövsümdə də məqsədimiz budur ki, akademiyadan gənc oyunçuları komandamıza dəvət edək”.