Yunanıstanın 2-ci liqa təmsilçisi "Olimpiakos Volos"dan ayrılaraq Bakıya dönən Turan Manafov qışda ayrıldığı "Səbail"ə dönsə də, məşqlərdə iştirak etmir.
Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Aftandil Hacıyev açıqlama verib.
40 yaşlı mütəxəssis icarədən qayıdan Turan Manafovun məsələsinə aydınlıq gətirib: "Turanın "Olimpiakos Volos"la mövsümün sonuna qədər nəzərdə tutulan icazə müqaviləsi davam edir. Yəni hələ yunanlarla bağlılığı var. Özü bu məsələni yoluna qoymaqla məşğuldur. Amma onlardan ayrılsa belə, hələ bizə kömək edə bilməyəcək. Belində zədəsi var. Hazırda müalicə olunur. Həkimlərin dediyinə görə, bir ay çəkər".
Mirağa