Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.
Turun ilk matçı Qəbələdə keçirilib. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edib. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv "qara zolaq"dan uğursuz çıxışı ilə diqqət çəkən "kimyaçılar"la görüşdə çıxmağa çalışıb.
Oyunda hesabı Aleksey Baqanın komandası açıb. Sumqayıtlılar uzun sürən qələbəsizlik sindromunu qırmağa yaxın olsalar da, meydan sahibləri sona yaxın yenilgidən qurtula bilib.
Günün ikinci qarşılaşmasında lider "Qarabağ" "Şamaxı"nı sınağa çəkib. Ağdamlılar rəqibinin qapısında 8 cavabsız top keçirib.
Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
23-cü tur
15 aprel
“Qəbələ” – “Sumqayıt 1:1
Qollar: İsnik Alimi, 89 - Araz Abdullayev, 17.
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 24. Patrik Robson
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli 60. Elvin Məmmədov, 9. Əli Qurbani, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev
Baş məşqçi: Aleksey Baqa
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
19:30. “Qarabağ” – “Şamaxı" 8:0
Qollar: İbrahima Vadji, 8;16; 30. Filip Ozobiç, 20,21. Marko Veşoviç, 40. Kadi Borqes, 45+2. Musa Qurbanlı, 48.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Şamaxı: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 72. Aldair Neto, 6. Franko Flores, 9. Natan Oduva, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 95. Rəhman Daşdəmirov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 38. Sahib Həsənov, 5. Kərim Diniyev, 50. Samir Abdullayev, 71. Emin Quliyev, 70. Bahadur Həziyev, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov, 97. Qurban Səfərov.
Baş məşqçi: Sənan Qurbanov.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”
Bombardirlər: Coy-Lens Mikels ("Sabah") - 9 Kadi Borqes, Abdullah Zubir, İbrahima Vadji (hamısı "Qarabağ") - 8 |