"Şamaxı" heyətini milli üzvü ilə gücləndirmək niyyətindədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, növbəti mövsümün planlarını cızan klub rəhbərliyi "Sumqayıt"ın və Azərbaycan yığmasının müdafiəçisi Höccət Haqverdi ilə danışıq aparır.
Höccətə daha yaxşı əməkhaqqı təklif edildiyini nəzərə alsaq, onun "kimyaçılar"ı "Şamaxı"ya dəyişmək istəyi başadüşüləndir. Lakin bunun üçün mərkəz müdafiəçisi öncə formasını geyindiyi klubla dil tapmalı, müddəti 2023-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsinə nail olmalıdır.
Emin