15:31 20.04.2022 783

"AFFA-ya müraciət edəcəyəm" - Vaqif Cavadov

Qazaxıstan "Turan"ıyla vidalaşaraq Azərbaycana qayıdan Vaqif Cavadov məşqçisi olduğu klubdan ayrılmasının səbəbini açıqlayıb.

Azərbaycan millisinin sabiq üzvü bu barədə Fanat.Az-a danışıb. 

Cavadov rusiyalı baş məşqçi Vladimir Qazzayevin istefasından sonra Türküstan təmsilçisində qalmağının doğru olmadığını deyib:

"Baş məşqçi gedəndən sonra mən orda necə qala bilərdim? Bəziləri elə düşünür ki, Qazzayev istefaya göndərilib. Ancaq normal halda məşqçini iki turdan sonra qovmurlar. O, öz istəyi ilə ayrılıb ölkəsinə qayıtdı. Qazzayevin ailə problemləri var idi. Mənim açıqlamağım doğru olmaz. Nə vaxtsa özündən soruşarsınız. 

Məşqçilər korpusu tam tərkibdə, Qazzayev və iki əsas köməkçisi, o cümlədən mən ayrıldıq. Komanda 4-cü köməkçiyə, yerli Kuanış Kabdulova tapşırıldı. On gün olar gəlmişəm. Aprelin 11-də atamın (mərhum Füzuli Cavadov - red.) ildönümünə gəlib özümü çatdırdım". 
 
Vaqif Cavadov "Turan"ın çempionata uğursuz başlamasına da toxunub: 

"Əslində yaxşı hazırlaşmışdıq. Antalyada bir aydan çox hazırlıq keçdik. Amma son anda heyətlə bağlı problem yarandı. Toplanışda bizimlə olan 4 yeni legionerin transferini yoluna qoya bilmədilər. Halbuki əsas oyunçu gözü ilə baxılırdı. Biri özü qalmaq istəmədi, o birinin viza problemi yarandı. Müqavilə də bağlamışdılar, amma viza problemlərini həll edə bilmədilər. Əvəzində çempionatın başlamasına az qalmış tələsik iki oyunçu aldılar. Təbii ki, bu nüanslar nəticəyə təsirsiz ötüşmədi. Qazzayevin problemi yaranmasaydı, "Turan" yaxşı nəticə verəcəkdi. Son oyunlar düzgün yolda olduğumuzu təsdiqləyir".   

33 yaşlı mütəxəssis gələcək planlarından da söz açıb: 

"Qazzayev hansısa klubda çalışsa, məni dəvət edəcək? İnşallah, güman edirəm. Təbii ki, irəli baxacağam. Müəyyən planlarım var. Yaxın perspektiv üçün A kateqoriyalı məşqçi lisenziyası almaq istəyirəm. Bu, mənim üçün çox vacibdir. Hələ kursun vaxtı açıqlanmayıb. Yaxın günlərdə AFFA-ya müraciət etməyi düşünürəm. Axıra qədər oxuyub diplom almaq istəyirəm. Sonrası Allah kərimdir. Təkliflər olsa, düşünərəm".  

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X