"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı çalışdırıcı komandasının 2:0 hesablı qələbəsi ilə bitən səfər matçını belə şərh edib:
"Futbolçular hər oyunda qələbə üçün meydana çıxırlarsa, bu, üstünlükdür. Bunun üçün onlar daha peşəkar olmalıdır. Görünən odur ki, futbolçularım daha da peşəkarlaşıblar. Futbol bəzən oyun sistemimizi dəyişməyə, özümüzü meydanda daha aqressiv aparmağa məcbur edir. Biz də dəyişikliklərə uyğunlaşmağa çalışırıq. Ola bilər ki, hazırkı futbolçularımız istədiklərimizi meydanda daha yaxşı yerinə yetirirlər".