"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XXIV turunun matçından - "Şamaxı" ilə ev oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, rusiyalı mütəxəssis komandasının 5:1 hesablı qələbəsini şərh edib:
"Çox yaxşı və məzmunlu oyun alındı. Yaxşı hücumlardan sonra baxımlı qollar vuruldu. Sadəcə, ikinci hissənin əvvəlləri xoşuma gəlmədi. Buna baxmayaraq, tədricən nəzarəti ələ alıb oyunu sakitləşdirə bildik və bizə lazım olan daha 2 qol vurduq.
Rəqib komandada baş məşqçi dəyişikliyi olduğu üçün rəqibin necə oynayacaqlarını təxmin etmək asan deyildi. Yeni mütəxəssis əvəzedici komandadan gəlib. O, matçın gedişində iki fərqli sxemdən istifadə etdi. Məmnunam ki, buna tez reaksiya verdik və azarkeşlərimizi sevindirdik".