"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində baş tutan qarşılaşmadan - "Zirə" ilə ev oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, belaruslu çalışdırıcı komandasının 0 :1 hesablı məğlubiyyətini belə şərh edib:
"Düzdür, qapıçımız Andrey Popoviç bir neçə epizodda bizi qoldan xilas etdi. Buna baxmayaraq, komanda oyunu və meydanda gördüyümüz mübarizə əzmi məğlubiyyətə layiq olmadığımızı söyləməyə əsas verir. Amma oyunlarda xal qazanmaq istəyiriksə, bir yox, yarım epizodlardan da yararlanmalıyıq".