"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov .Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununu - "Qəbələ"yə 5:0 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, oyunsonrası mətbuat konfransında belə danışıb:
"Futbolçularımı təbrik edirəm. Neçə ildir finalda oynamırdılar. Bu gün finala çıxmağa göstərdikləri oyunla və yanaşmaları ilə layiq idilər. İnanıram ki, həlledici oyuna da istəklə hazırlaşacaqlar. Bu gün maraqlı azarkeş dəstəyi var idi. Bütün yaş qruplarından fanatlar görmək olardı.
Qurbanov finalın harada keçirilməsi kimi məsələlərə heç vaxt müdaxilə etmək istəmədiyini vurğulayıb: "Bölgədə də, Bakıda da oynamışıq. Harada desələr, orada da oynayacağıq".