Futbol üzrə 1-ci divizionda 24-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.
Bugünkü görüşlərdən ikisində heç-heçə qeydə alınıb. "Kəpəz" MOİK ilə qollu, “Qarabağ”ın əvəzediciləri isə “Səbail-2” ilə qolsuz "sülh"ə razılaşıb.
Əvəzində, çempionluğu vaxtından əvvəl təmin edən "Qaradağ Lökbatan" "Qəbələ-2" ilə oyunda darmadağına sevinib.
Birinci Divizion
24-cü tur
2 may
Kəpəz – MOİK 1:1
Qollar: Emil Qasımov, 2 - İsa Zeynallı, 69-pen.
Hakimlər: Əli Əliyev, Elmin Süleymanov, Teymur Teymurov, Elvin Bayramov
Gəncə şəhər stadionu, 15:30
Qarabağ-2 – Sabah-2 0:0
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Elman Kərimov, Rövşən Rəcəbov
Binə qəsəbə stadionu, 16:00
Qaradağ Lökbatan – Qəbələ-2 5:0
Qollar: Ceyhun Muxtarlı, 25. Həbib İsmayılov, 39. Urfan İsmayılov, 48. Elnur Səmədov, 52. Sabir Allahquliyev, 71.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Vüqar Bayramov, Səbuhi Bayramov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00
Turun qalan oyunları dünən keçirilib: Şamaxı-2 – Səbail-2 5:0 (Emin Rüstəmov, 30-öz qapısına. Samir Abdullayev, 35. Kamal Kazımov, 43. Vüsal Qənbərov, 48. Qurban Səfərov, 87), Neftçi-2 – Zirə-2 1:0 (Xəqani Sadıxov, 34), Sumqayıt-2 – Zaqatala 0:1 (Xəlil Bəşirov, 26).