"Neftçi" Azərbaycan Premyer Liqasının 25-ci turuna itkilərlə çıxacaq.
Fanat.Az-ın məlumatına görə, paytaxt təmsilçisinin iki müdafiəçisi "Sumqayıt"la oyunda iştirak etməyəcək.
Mamadu Mbodj və Ömər Buludov cəza səbəbindən səfərdəki görüşü buraxmaq məcburiyyətindədir. Ömər ötən tur "Səbail"lə matçda qırmızı vərəqə aldığı üçün İntizam Komitəsi tərəfindən bir oyunluq kənarlaşdırılıb. Mamadu isə sarı vərəqəyə görə "radara düşüb".
"Sumqayıt"ın da müdafiə xəttində itki var. Millinin üzvü Höccət Haqverdi "Zirə" ilə görüşdə sarı vərəqə alıb ki, bu onun mövsüm ərzində 8-ci xəbərdarlığı olub.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" oyunu sabah saat 20:00-da keçiriləcək.
Mirağa