“Şamaxı"nın baş məşqçi vəzifəsini icra edən Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində baş tutan "Səbail" ilə ev oyunundan sonra mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:
"Qalib gələ bilmədiyimiz üçün məyus olduq. Amma komandamın döyüşkənliyini gördüm. Səbrli olmaq, məğlubiyyətləri unutdurmaq lazımdır. Gələcəkdə bundan da yaxşı oynamağa çalışacağıq".
Rüstım Əliyev görüşün sonlarındakı mübahisəli epizoda da toxunub: "Biz də kənardan elə gördük ki, top rəqibin əlinə dəydi. Yenə də epizoda təkrar baxmaq lazımdır".