Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha 2 görüş keçirilib.
Günün ilk matçında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" və "Qəbələ" üz-üzə gəlib. Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv qələbə qazanacağı halda, Konfrans Liqasına vəsiqəni təmin edəcəkdi. "Qırmızı-qaralar" isə mümkün 3 xal sayəsində 4-cü pilləyə yüksəlməklə yanaşı, medallar uğrunda mübarizəni davam etdirəcəkdi.
Son vaxtlar uğursuz çıxışla diqqət çəkən qəbələlilər səfərdə adından söz etdirib. Qonaq qismində 3 cavabsız qol vuran Elmar Baxşıyevin yetirmələri istəyinə çatıb və sonrakı mübarizə üçün olduqca vacib özünəinam qazanıb.
Tura Sumqayıtda yekun vurulub. İkinci pillənin sahibi "Neftçi" Sumqayıtda eyniadlı komandanın qonağı olub. Çempionatda qələbə dadmayan Aleksey Baqanın komandası "ağ-qaralar"a sürpriz edə bilməyib. Erkən qol buraxandan sonra - görüşün 19-cu dəqiqəsindən azlıqda qalan meydan sahibləri yenilgi ilə barışmaq məcburiyyətində qalıb. Bezerra dublunu rəsmiləşdirərək bakılılara qələbə qazandırıb.
Qeyd edək ki, ilk oyun günündə "Şamaxı" evdə "Səbail"ə qolsuz, "Qarabağ" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.
Azərbaycan Premyer Liqası
25-ci tur
4 may
"Zirə" - "Qəbələ" 0:3
Qollar: Fernan Lopes, 26. Rafael Utziq, 45. Omar Hani, 81
“Zirə”: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 32. Qismət Alıyev (k), 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 18. Mehrac Baxşalı
Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu.
"Sumqayıt" - "Neftçi" 0:2
Qollar: Tiaqo Bezerra, 12;62.
Qırmızı vərəqə: Camaləddin Xocaniyazov, 19.
Sumqayıt: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 14. Elvin Bədəlov, 60. Elvin Məmmədov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 91. Anatoli Nuriyev, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev.
Baş məşqçi: Aleksey Baqa.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 9. Tyaqo Bezerra, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 44. Seymur Əliyev, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena".
Bombardirlər: |