"Sabah"ın baş məqşçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 26-cı turunun oyununu - komandasının səfərdə "Səbail"ə qarşı keçiridiyi matçı (2:0) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, rusiyalı çalışdırıcı oyunsonrası mətbuat konfransında belə danışıb:
"Burada oynamaq heç bir komanda üçün asan deyil. "Qəbələ" və "Qarabağ" da bu meydanda uduzub. Ona görə də 90 dəqiqə ərzində konsentrasiyanı saxlamaq lazım idi. Hücumlarımız yaxşı alınırdı. Amma sonluqlar istənilən kimi deyildi. Daha sakit oynaya bilərdik. Əsas odur ki, inamlı qələbə qazandıq. Bilirdik ki, rəqibi ciddiyə almasaq, bizə baha başa gələcək. Daha çox qol vura bilərdik, fürsətləri boşa verdik. Amma bu, arxayınlıqla bağlı deyildi".